1.3 milyon manatlıq səhmdar cəmiyyət dividend ödəyəcək

“Bakı Toxuculuq Qalantereya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 may 2026-cı il saat 10:00-da cəmiyyətin inzibati binasında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlik məsələlər aşağıdakılardır:

1.2025-ci ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi;

2. Dividendlərin ödənilməsi;

3. Seçkili orqanların yenidən formalaşdırılması;

4. Digər məsələ.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri, saat 13.00-dək Cəmiyyətə gəlməklə tanış ola bilərlər. Ünvan Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 39-dur.

Xatırladaq ki, “Bakı Toxuculuq Qalantereya” Açıq Səhmdar Cəmiyyəti 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 321 168 manatdır.

Son xəbərlər
Digər xəbərlər