Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini rekord səviyyəyə qaldıracaq

Saudi Aramco neft şirkəti may ayında Asiyaya tədarük edilən Arab Light markalı xammalın qiymətini bir barel üçün rekord 17 dollar artıracaq. Bloomberg agentliyinin şirkətə istinadən yaydığı məlumata görə, bu göstərici regional baza səviyyəsindən 19,5 dollar/barel yüksək olacaq.

Aprel ayı üzrə tədarük müqavilələrində qiymət fərqi cəmi 2,5 dollar/barel təşkil edirdi. Agentliyin sorğu keçirdiyi ekspertlər isə may ayındakı artımın daha böyük — təxminən 40 dollar olacağını proqnozlaşdırırdılar.

Neftin bahalaşması Yaxın Şərqdə davam edən hərbi münaqişə və Hörmüz boğazının bağlanması ilə əlaqədardır. Blokadadan sonra Səudiyyə Ərəbistanı Asiyaya enerji resurslarının tədarükü üçün alternativ marşrutdan — Bab əl-Məndəb boğazı vasitəsilə istifadə etməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər