“Strategy” daha 330 milyon dollarlıq bitkoin alıb

Maykl Seylorun “Strategy” şirkəti 30 mart–5 aprel tarixlərində orta hesabla 67 718 dollar qiymətinə 4 871 bitkoini 329,9 milyon dollara alıb.

5 aprel tarixinə olan məlumata görə, “Strategy”nin balansında 766 970 BTC (ümumi emissiyanın 3%-dən çoxu) mövcuddur. Şirkət bu aktivlərin alınmasına 2020-ci ildən bəri təxminən 58,02 milyard dollar xərcləyib.

Şirkətin bir bitkoin üzrə orta alış qiyməti təxminən 75 644 dollar təşkil edir.

Bitkoinlərin növbəti partiyası əsasən STRC imtiyazlı səhmlərinin satışı, qismən isə MSTR adi səhmləri hesabına maliyyələşdirilib.

Son xəbərlər
Digər xəbərlər