Azərbaycanda aqrar şirkətin ixrac gəlirləri 5 dəfədən çox artıb

Azərbaycanda aqrar şirkət “Agrarco” MMC-nin ixracı bu il kəskin artıb.

Banker.az xəbər verir ki, şirkət 2026-cı ilin ilk iki ayında 26.8 mln. dollarlıq ixrac gerçəkləşdirib.

Bu 2025-ci ilin eyni dövründəki 4.9 mln. dollarla müqayisədə 5.5 dəfə çox artmış olub.

“AGRARCO” MMC Azərbaycanda fəaliyyət göstərən aqrar şirkətdir, 2017-ci ildə yaradılıb. Əsasən fındıq və müxtəlif meyvələrin yetişdirilməsi ilə məşğul olur. Şirkət yalnız istehsal etmir, eyni zamanda məhsulları emal edir, qablaşdırır və həm yerli bazarda satır, həm də ixrac edir.

Son xəbərlər
Digər xəbərlər