2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat verir.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 6 milyard 114,2 milyon manat olmuşdu. Həmin dövrdə də illik artım qeydə alınaraq 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz və ya 596,2 milyon manat artım müşahidə edilmişdi.
NKA sisteminin tətbiqi dövriyyənin həm həcmini, həm də artım tempini yüksəldib. 2026-cı ildə artım faizinin 14,8%-ə çatması əvvəlki ilin 10,8%-lik göstəricisini üstələyərək daha sürətli arıtb.
Eyni zamanda, ölkə üzrə quraşdırılmış yeni nəsil NKA-ların sayı da artıb. 2026-cı ilin əvvəlinə bu göstərici 112 219 ədədə çatıb, halbuki 2025-ci ilin müvafiq dövründə bu rəqəm 105 694 idi.






