Böyük Britaniya Hörmüz boğazı ilə bağlı 40 ölkənin iştirakı ilə görüş keçirəcək

Böyük Britaniya aprelin 7-də 40-dan çox ölkənin iştirakı ilə hərbi planlaşdırma üzrə müşavirə keçirəcək. Tərəflər Hörmüz boğazından təhlükəsiz keçidi müzakirə edəcəklər, bu barədə Financial Times yazır.

Konfrans iştirakçıları arasında Fransa, Almaniya, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya və BƏƏ yer alır. Görüş yüksək rütbəli britaniyalı zabitin rəhbərliyi ilə Nortvud hərbi bazasında keçiriləcək.

Görüş ABŞ-nin iştirakı olmadan baş tutacaq. ABŞ prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun bu marşrutun təhlükəsizliyini təmin etməyə borclu olmadığını bildirib və müttəfiqləri “nefti özlərinin təmin etməyə” çağırıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer qeyd edib ki, boğazda təhlükəsizliyin təmin olunmasına yönəlmiş əməliyyat yalnız Yaxın Şərqdə döyüş əməliyyatları dayandırıldıqdan sonra başlayacaq.

Son xəbərlər
Digər xəbərlər