Bakıda nizamnamə kapitalı 10 milyon dollar olan yeni şirkət yaradılıb

“Rynex Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Banker.az xəbər verir ki, şirkət 29 yanvar 2026-cı il tarixində qeydiyyatdan keçib.

Onun hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 16A, mənzil 27 olaraq göstərilib.

Cəmiyyətin nizamnamə kapitalı 10 milyon ABŞ dolları təşkil edir.

Şirkətin qanuni təmsilçisi Sadiqov Fəxri Fərda oğludur. Müşahidə şurasının üzvləri isə Həsənli Rüstəm Namiq oğlu, Yusibov Orxan Aydın oğlu və Lemberg Yevgen olaraq qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər