Çin vətəndaşı Azərbaycanda yeni şirkət yaradıb.
Banker.az xəbər verir ki, “Duovang Texnologiya” Məhdud Məsuliyyətli Cəmiyyəti 8 yanvar 2026-cı il tarixində qeydiyyata alınıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2A, mənzil 41-dir.
Nizamnamə kapitalı 50 000 manat təşkil edir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Çin Xalq Respublikasının vətəndaşı Pan Guangbingdir.






