İran Trampın hədələri fonunda ABŞ ilə birbaşa əlaqələri kəsib

İran Ağ Evin rəhbəri Donald Trampın “bütün İran sivilizasiyasını məhv etmək” hədələrindən sonra ABŞ ilə birbaşa əlaqələri kəsib.

Bu barədə mənbələrə istinadən “Wall Street Journal” (“WSJ”) qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bu addım ABŞ Prezidenti tərəfindən Şərq vaxtı ilə saat 20:00-dək (Bakı vaxtı ilə 04:00-dək) müəyyən edilmiş son müddətə qədər razılaşmanın əldə olunması istiqamətindəki səyləri müvəqqəti olaraq çətinləşdirib.

Mənbələrdən biri qeyd edib ki, İran əlaqələri kəsməklə Vaşinqtonun irəli sürdüyü şərtlərə narazılığını və itaətsizliyini nümayiş etdirmək niyyətindədir. Müəyyən edilmiş müddət başa çatana qədər birbaşa əlaqələrin bərpa olunub-olunmayacağı hələlik məlum deyil.

Ağ Evdən hələlik heç bir şərh verməyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər