Bu il 4 yeni metro stansiyasının tikintisinə başlanılacaq

Bakı Metropoliteni paytaxtda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində Yaşıl xəttin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Bu barədə jurnalistlərə açıqlamasında qurumun tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, layihənin maliyyələşdirilməsi üçün Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları vəsait ayrılıb.

M. Rzayevin sözlərinə görə, ayrılmış maliyyə hesabına Yaşıl xətt üzrə dörd yeni metro stansiyasının inşası planlaşdırılır: “Bu stansiyalar mövcud xəttin davamı kimi paytaxtın şimal və şimal-qərb istiqamətlərində, o cümlədən Dərnəgül stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək.

Layihə yeni salınan və sürətlə genişlənən yaşayış massivlərinin metro şəbəkəsinə qoşulmasına, eyni zamanda nəqliyyat sıxlığının azalmasına imkan yaradacaq. Layihə üzrə tender prosedurlarının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur və nəticələr ictimaiyyətə açıqlanacaq”.

Son xəbərlər
Digər xəbərlər