Qətər İrandan kompensasiya tələb edir

Qətər İrandan ölkəyə edilən dron və raket hücumları zamanı meydana gələn dağıntılara görə İrandan kompensasiya tələb edib.

Qətərin Xarici İşlər Nazirliyində bildirilib ki, İran öz hücumlarının yaratdığı dağıntıların nəticələrini kompensasiya etməlidir. Məlumat nazirliyin rəsmi saytında yerləşdirilib.

Qətər rəsmi şəkildə Birləşmiş Millətlər Təşkilatını məlumatlandırıb ki, ölkə ərazisinə pilotsuz uçuş aparatları və raket zərbələrinə görə hüquqi və maliyyə məsuliyyətini İranın üzərinə qoyur.

Doha bəyan edib ki, Tehran bu hərəkətlər nəticəsində Qətər dövlətinin məruz qaldığı bütün zərərin təzminatını ödəməlidir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər