“PASHA İnnovation” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılaraq 10 milyonu keçib.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı son bir ildə üç mərhələdə artırılmaqla ümumilikdə 5.33 mln. manat və ya 2 dəfədən çox artırılaraq 10.08 mln. manatı keçib.
Keçən ilin mayında kommersiya şirkətinin nizamnamə kapitalı 4.75 mln. manat idi.
Xatırladaq ki, “PASHA İnnovation” MMC 2024-cü ildə təsis edilib. Şirkət “PASHA Holding” MMC-nin strukturunda “Future Lab” platforması altında fəaliyyət göstərir və müxtəlif xidmətlər təqdim edir (tədbirlər, proqramlar və s.). Şirkətin direktoru Fərrux Əliyev Mübariz oğludur (və ya Fərrux Əli).







