“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elşən Nizamov Məhəmməd oğlu üzv seçilib.
Halbuki, buna qədər bu vəzifə vakant idi.
Bununla da Müşahidə Şurasının strukturu sədr və iki üzvdən ibarət olacaq.
Xatırladaq ki, “MFX-Trading” 2020-ci ildə yaradılıb. Şirkətin yeganə səhmdarı Samir Xəlilovdur.







