Dünya texnologiya şirkətləri süni intellektin inkişafı fonunda 80 min iş yerini ixtisar edib

2026-cı ilin ilk üç ayında qlobal texnologiya sektorunda təxminən 80 min iş yeri ixtisar edilib. RationalFX analitik şirkətinin qiymətləndirməsinə görə, bu, süni intellekt (AI) texnologiyalarının yayılması və istehsal proseslərinin avtomatlaşdırılması ilə bağlıdır. Bu məlumatları Nikkei dərc edib.

RationalFX-in hesablamalarına əsasən, bütün ixtisarların 76,7%-i ABŞ-nin payına düşüb — 59,5 min nəfər. Böyük fərqlə növbəti yerlərdə Avstraliyanın texnologiya sektoru (4,5 min) və Avstriya (2 min) qərarlaşıb. Digər Avropa ölkələri, Hindistan, İsrail və Sinqapurun texnologiya sektoru isə daha az təsirlənib.

Dünyanın ən böyük İT xidmət təminatçılarından biri olan Cognizant şirkətinin nümayəndəsi Babak Hodjat qeyd edib ki, bu ixtisarların real məhsuldarlıq artımı ilə nə dərəcədə bağlı olduğu hələ aydın deyil. Ekspertin fikrincə, “bunun arxasında əsasən şirkətlərin AI vasitəsilə məhsuldarlığın artacağı ilə bağlı gözləntiləri dayanır”. Onun sözlərinə görə, AI-nın məhsuldarlığa real təsiri yalnız 6–12 ay ərzində aydın görünəcək.

Son xəbərlər
Digər xəbərlər