“Qala Sığorta”nın xalis mənfəəti azalıb

“Qala Sığorta” ASC 2025-ci il üzrə xalis mənfəət 11.93 mln. manat olub, əvvəlki ilin 14.88 mln. manatı ilə müqayisədə 19.8% azalıb.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Şirkətin əsas əməliyyat gəliri 2024-cü illə müqayisədə 84.62 mln. manata yüksələrək 8% artıb. Birbaşa sığorta haqları 2% azalaraq 75.59 mln. manata çatıb, təkrarsığorta haqları isə 47.5% artaraq 3.35 mln. manata yüksəlib.

İnvestisiya gəlirləri 22.8% artaraq 5.41 mln. manata, subroqasiya gəlirləri 10.7% artaraq 0.31 mln. manata yüksəlib. Sair gəlirlər isə 90.3% artaraq 3.77 mln. manata çatıb. Nəticədə, 2025-ci ildə cəmi gəlirlər 84.62 mln. manat olub ki, bu da illik müqayisədə 8.2% artımı göstərir.

Əsas əməliyyat xərcləri 30.4% artaraq 48.73 mln. manata yüksəlib. Sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 55.9% artaraq 27.07 mln. manata çatıb, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 19.9% artaraq 19.01 mln. manata yüksəlib. İşlərin aparılması xərcləri isə 6.8% azalaraq 20.96 mln. manat təşkil edib.

Nəticədə, cəmi xərclər 16.3% artaraq 69.71 mln. manata çatıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8.05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər