“Rabitəbank” ASC-nin “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Rəşad Abasov Səməndər oğlu “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının üzvü təyin edilib.
Rəşad Abasov 2004-2012-ci illərdə “Rabitəbank” ASC-nın “Daxili Audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
2018-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-də Audit Komitəsinin Sədri vəzifəsində çalışır.
2024-cü ilin may ayından etibarən, həmçinin bankın Müşahidə Şurasının üzvüdür.
Qeyd edək ki, “Rabitəbank” ASC səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası 12 fevral 2026-cı il tarixində keçirilmiş, iclasda “Capital Partners” İnvestisiya Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiqi müzakirə olunmuşdu.






