“Assist Finance İnvestisiya Şirkətinin Müşahidə Şurasının üzvü eyni zamanda Audit Komitəsinə sədr təyin olunub.
Banker.az xəbər verir ki, nu, Elvira Məmmədova Xanlar qızıdır.
O, bu vəzifədə Ruslan Cəfərovu əvəz edib. Audit Komitəsinin sturukturundakı digər üzvlər Novruzov İlham Süleymanşah oğlu və İsmayılov Ayaz Allahverən oğlu əvvəlki kimi vəzifələrini davam etdirəcəklər.
Xatırladaq ki, Elvira Məmmədova daha öncə Assist Finance İnvestisiya Şirkətinin Müşahidə Şurasına üzv təyin edilmişdi. O, bu vəzifədə Elşad İbrahimovu əvəz edib. Elşad İbrahimov “Kapital Bank” Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyinat alıb.







