Financial Times: Aİ-də üç həftə ərzində aviasiya yanacağı qıtlığı yarana bilər

Avropa İttifaqı ölkələrindəki hava limanlarını Hörmüz boğazı açılmadığı təqdirdə üç həftə ərzində aviasiya yanacağı qıtlığı təhdid edir. Bu barədə Financial Times (FT) ACI Europe ticarət assosiasiyasının məktubuna istinadən yazır.

“Müvafiq və sabit şəkildə Hörmüz boğazından keçid növbəti üç həftə ərzində bərpa olunmazsa, aviasiya yanacağının sistemli qıtlığı Avropa İttifaqı üçün reallığa çevriləcək”, — deyə məktubda bildirilir. Sənəd nəqliyyat və turizm üzrə Avropa komissarı Apostolos Tsitsikostasın ünvanına göndərilib.

Məktub müəllifləri qeyd ediblər ki, vəziyyət yay turizm mövsümünün yaxınlaşması fonunda daha da ağırlaşır, çünki Cənubi Avropa ölkələri iqtisadi baxımdan bu dövrdən ciddi asılıdır. “Hazırda Aİ-də aviasiya yanacağının istehsalı və mövcudluğunun xəritələnməsi/qiymətləndirilməsi və monitorinqi üçün sistem yoxdur. Tədarükdə qıtlıq hava limanlarının fəaliyyətini və hava nəqliyyatını ciddi şəkildə pozacaq, bu isə zərər çəkən icmalar və ümumilikdə Avropa üçün ciddi iqtisadi nəticələr riski yaradacaq”, — deyə sənəddə vurğulanır.

Son xəbərlər
Digər xəbərlər