“Azəripək” ASC-nin dövlət qarşısında vergi borcu var.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Azəripək” ASC-nin vergi borcu 109 584.78 manatdır.
Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin 13 aprel 2018-ci il tarixli fərmanı ilə “Azəripək” MMC yaradılıb.
Müəssisə Baramadan xam ipək açan istehsalatı, Toxucu istehsalatı, Boyaq-bəzək istehsalatı, Pambıqəyirici istehsalatlarından, Burucu sexi, Xalça sexlərindən və qeyri istehsal sahələrindən İdarə aparatı, Xammal və barama çeşidi şöbəsi, Mexanika və energetika sahəsi, Avtonəqliyyat təsərrüfatından ibarətdir.







