®ABB Invest anderrayter qismində investorlara PAŞA Bank səhmlərinin abunə yazılışında tam rəqəmsal və əlçatan iştirak imkanı yaradır. Bu gündən etibarən PAŞA Bank IPO (ilkin kütləvi təklif) çərçivəsində səhmlərini geniş investor kütləsinə təqdim edir. Abunə yazılışı 12 may 2026, saat 24:00-a qədər davam edəcək.
Əsas şərtlər:
Abunə yazılışı: 13 aprel – 12 may 2026, saat 24:00
İlkin səhmlərin qiyməti: 55 AZN
Təklif olunan həcm: 932 926 səhm
Minimal alış: 1 səhm
Xüsusi üstünlük: Abunə yazılışı zamanı sifariş məbləğinin hesabda qaldığı müddət ərzində illik 5% faiz gəliri əldə etmək imkanı
Bu şərtlər sayəsində investisiya dünyasına daxil olmaq üçün böyük məbləğ tələb olunmur və hər bir vətəndaş ölkənin ən böyük maliyyə qurumlarından birinin mənfəətində pay sahibi olmaq imkanı qazanır.
ABB Invest ilə abunə yazılışında iştirak tam rəqəmsaldır – sənədləşmə növbəsi yoxdur, platforma isə şəffaf və təhlükəsizdir. Sifarişlərinizi bir neçə saniyə ərzində yerləşdirə bilərsiniz.
İştirak etmək üçün ABB mobile tətbiqinə daxil olun, “İnvestisiya” bölməsindən abunə yazılışını tamamlayın və PAŞA Bank səhmlərinin sahibinə çevrilmək şansını əldə edin.







