Prezidentin yeni Mətbuat katibi kimdir?

Xəbər verdiyimiz kimi, Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib.

Orxan Səttarov bu təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.

O, əvvəllər “Vestnik Kavkaza” informasiya agentliyində çalışıb.

Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədridir.

Qeyd edək ki, İ. Səttarov daha öncə  “ARB Media Qrupu”n rəhbəri olub.

Son xəbərlər
Digər xəbərlər