2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Türkiyədə inşa etdiyi etdiyi zavoddan yarım milyard dollardan çox gəlir gətirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa etdiyi STAR neft emalı zavodu ildə 600 mln. ABŞ dolları gəlir əldə edəcək. 

Banker.az-ın Reportdan əldə etdiyi məlumata görə, müəssisə 2018-ci ildə istismara veriləcək.

Məlumata görə, STAR-ın işə düşməsi ilə Türkiyənin neft-kimya sektorunun xaricdən asılılığı sona çatacaq və rəsmi Ankara hər il 1,2 mlrd. dollar həcmində valyutaya qənaət edəcək. STAR Türkiyənin tədiyyə balansının kəsirinin 3,5%-ni qarşılayacaq.

Qeyd edək ki, STAR-a 5,65 mlrd. dollar həcmində investisiya qoyulub və bu, Türkiyə tarixində ən böyük layihə maliyyələşməsi hesab edilir.

Zavodun tikintisinə 14 ölkədən 1 972-si mühəndis olmaqla 12 min işçi cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər