Azərbaycanda keçən il inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici amillərlə bağlı olub.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Qeyd edilir ki, xarici mәnşәli xәrc amillәrinin inflyasiyanın dinamikasına tәsiri daha yüksək olmuşdur.
Mərkəzi Bankın qiymәtlәndirmәlәrinә əsasən, 2025-ci ilin dekabr ayında ölkәdә illik inflyasiyaya ticarәt tәrәfdaşlarındakı inflyasiya 2.91 faiz bәndi artırıcı, nominal effektiv mәzәnnә isə 0.34 faiz bəndi azaldıcı təsir etmişdir.
Dövr әrzindә daxili tәklif (kәnd tәsәrrüfatı istehsalçı qiymәtlәri vә s.) vә tәlәb (ev tәsәrrüfatlarının istehlakı, dövlәt istehlakı vә s.) amillәrinin dә inflyasiyaya tәsiri ümumilikdә artırıcı, digər amillərin isə (inflyasiya gözləntiləri və s.) azaldıcı təsiri olub.
2025-ci ilin sonuna illik inflyasiya elan edilmiş hədəf çərçivəsində (4±2%) olmuşdur. DSK-nın məlumatına əsasən, 2025-ci ilin sonunda cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik 5.2% artıb.
2025-ci ildə ərzaq məhsulları üzrə müşahidə olunan illik inflyasiya 6.4%, qeyri-ərzaq məhsulları 2.5%, xidmət inflyasiyası isə illik 5.7% təşkil etmişdir. Qiymətləri dövlət tərəfindən tənzimlənən, həmçinin mövsümi xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişmələri nəzərə alınmadan hesablanan baza inflyasiya 2025-ci ilin dekabr ayında illik 4.8% təşkil edib.






