Ağdamın iki kəndində su və kanalizasiya sistemi tikiləcək.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Ağdam rayonunda su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı tender elan edib.
Banker.az xəbər verir ki, layihə Ağdam rayonunun kəndlərində xarici su təchizatı və kanalizasiya sisteminin qurulması çərçivəsində Qərvənd və Eyvazxanbəyli kəndlərini əhatə edir.
Tenderin ehtimal olunan qiyməti 19 149 354 manat təşkil edir.






