“Ziraat Bank Azərbaycan” ASC 2026-cı ilin I rübünü 5.57 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, ötən ilin eyni dövründə 3.57 mln. manat idi.
Banker.az xəbər verir ki, bu xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəət 86.55 mln. manata yüksəlib.
Bankın faiz gəlirləri 25.92 mln. manat təşkil edib və +86.3% artıb. Faiz xərcləri 12.72 mln. manat olub ki, bu, illik 98.9% artım deməkdir. Nəticədə xalis faiz gəliri illik 75.5% artımla 13.2 mln. manata yüksəlib.
Qeyri-faiz gəlirləri 5.24 mln. manat olub (+4.2%), qeyri-faiz xərcləri isə 7.89 mln. manat təşkil edib (+21.9%). Beləliklə bankın əməliyyat mənfəəti öncəki ilin analoji dövründən 74% çox olmaqla 10.55 mln. manata qalxıb.
Aktivlər üzrə ehtiyat ayırmaları 3.69 mln. manat təşkil edib.
“Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 2026-cı ilin ilk üç ayında 5.5% yüksələrək 1 mlrd. 442.71 mln. manat olub ki, bunun da 774.6 mln. manatı kredit portfelidir.
Depozitlər üç ay ərzində 3.5% artımla 706.77 mln. manat olub. Maliyyə institutlarında yerləşdirilən vəsaitlər 480.87 mln. manat təşkil edib.
Ötən rübdəki mənfəət bankın kapital mövqeyini xeyli yaxşılaşdırıb. Cəmi kapital 167.72 mln. manata qalxaraq rüb ərzində 4.4% artım göstərib.





