ABŞ Maliyyə Nazirliyi Venesuelanın əsas bank institutlarına qarşı tətbiq edilən sanksiyaları yumşaldıb. Müvafiq sənədlər nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunub.
№56 və №57 saylı lisenziyalar ABŞ şirkətləri və banklarına OFAC nəzarəti altında Venesuela ilə kommersiya müqavilələri bağlamağa icazə verir. Respublikanın Mərkəzi Bankı bank və ödəniş xidmətləri göstərə, ABŞ dollarında müxbir hesablar aça biləcək. Bununla belə, bu cür bank xidmətlərinin Rusiya, İran, Kuba, Çin və KXDR-dən olan hüquqi şəxslərə göstərilməsi qadağandır.
Aprelin əvvəlində ABŞ hakimiyyəti Venesuelanın prezident səlahiyyətlərini icra edən Delsi Rodrigesə qarşı sanksiyaları da ləğv etmişdi. Artıq ABŞ şirkətləri ölkənin hazırkı rəhbərliyi ilə maneəsiz işləyə biləcək, o isə danışıqlar üçün ABŞ-yə səfər edə biləcək.






