10 C
Baku
Thursday, December 12, 2024

“Bank Standard”ın normal fəaliyyəti bərpa olunacaq

Sabahdan “Bank Standard” QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.

Bu barədə ANS TV-yə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

“Həftənin 1-ci günündən “Bank Standard”ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək.

Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və “Bank Standard” normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz sabah ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq.” – deyə R.Aslanlı bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər