Qubadlının Xanlıq kənd yaşayış məntəqəsində tikinti üçün 95 milyon manat ayrılır

Qubadlı rayonunun Xanlıq kənd yaşayış məntəqəsində genişmiqyaslı tikinti-quraşdırma işlərinin həyata keçirilməsi planlaşdırılır.

Məlumata görə, sifarişçi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir.

Layihə çərçivəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar, eləcə də mühəndis kommunikasiya sistemlərinin qurulması nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 94 milyon 807 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər