CNBC: Mərkəzi banklar qızıl ehtiyatlarını aktiv şəkildə azaldır

Son bir neçə ayda bir çox ölkənin mərkəzi bankları qızıl ehtiyatlarını aktiv şəkildə azaltmağa başlayıb. Bu barədə statistik məlumatlara və ekspertlərə istinadən CNBC telekanalı xəbər verir. “MKS Pamp” treydinq şirkətində metallar üzrə strategiya rəhbəri Niki Şils bildirib ki, “mərkəzi banklar və bazarın bəzi iştirakçıları satışları nəzərəçarpacaq dərəcədə artırıblar”.

Ekspertlərin sözlərinə görə, bu addımların səbəbi neft qiymətlərinin artmasının idxaldan asılı iqtisadiyyatlara təzyiq göstərməsi və valyuta bazarındakı volatilliyin artmasıdır. Bu isə hökumətləri maliyyə bazarlarına daha aktiv müdaxilə etməyə məcbur edir. “Bir çoxunun əlində unsiya üçün təxminən 5 min dollar səviyyəsində qiymətləndirilən əhəmiyyətli qızıl ehtiyatları var idi”, — deyə Şils qeyd edib.

Qızılın ən çox satışı inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları tərəfindən həyata keçirilir. Bu il ən diqqətçəkən satıcı Türkiyə olub. “Metals Focus”un hesabatına görə, mart ayında ölkənin rəsmi qızıl ehtiyatları svop əməliyyatları və birbaşa satışlar nəticəsində 131 ton azalıb — hakimiyyət lirəni sabitləşdirməyə çalışıb. Qana da likvidliyi artırmaq məqsədilə ehtiyatlarının bir hissəsini satıb. Polşa Mərkəzi Bankının rəhbəri isə müdafiə xərclərini maliyyələşdirmək üçün qızıl-valyuta ehtiyatlarının bir hissəsinin satışını nəzərdən keçirib.

Son xəbərlər
Digər xəbərlər