2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb

Azərbaycanda 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Ortamüddətli büdcə çərçivəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına əsasən tərtib olunub.

Sənəd büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə büdcə islahatlarına cəlb olunan sektorlar üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər