2 C
Baku
Saturday, December 14, 2024

Neft şirkətinin sahibi intihar etdi

Yunanıstanın “Mamidoil Jetoil” neft şirkətinin sahibi olan 84 yaşlı Kiriakos Mamidakis şirkəti iflasa uğradığı üçün intihar edib.

APA-nın verdiyi məlumata görə, K.Mamidakisin cəsədi Kirit adasındakı evində tapılıb.

Cəsədin yanında tapança aşkarlanıb. Polis sahibkarın intihar etdiyini bildirib.

“Jetoil” Yunanıstan ən uzunömürlü və böyük şirkətlərindən biridir. 1968-ci ildə yaradılmış şirkət Yunanıstan və Balkan ölkələrində neft məhsullarının saxlanılması, daşınması və ticarəti ilə məşğul olub. Şirkətin JETOIL brendi ilə 600 yanacaqdoldurma məntəqəsi olub. Eyni zamanda, törəmə müəssisələri vasitəsi ilə Albaniya, Bolqarıstan, Serbiya və Kosovaya sərmayə yatırıb. Şirkətin böyük problemləri keçən il başlayıb və Yunanıstanın cənubundakı biznesi satılıb. İyunun əvvəlində şirkət müflis elan olunması üçün ərizə verib və ərizəyə noyabrın 1-də baxılacağı açıqlanıb. “Mamidoil Jetoil” şirkətinin 2015-ci ilin sonuna kreditorlara və dövlətə 314 milyon avro borcu olub. Müştərilərin isə şirkətə 174 milyon avro borcu olub.

Mamidakis ailəsinin neft biznesi ilə bərabər məşhur mehmanxanaları, spirtli içki istehsal edən müəssisələri var.

Son xəbərlər
Digər xəbərlər