“G CAPİTAL” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 153 775 100 manat məbləğdən 139 377 800 manat məbləğə azaldığını elan edir.
Banker.az xəbər verir ki, şirkətin kapitalı 14 397 300 manat azaldılıb.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.
“G Capital” MMC 2021-ci ildə təsis edilib, qanuni təmsilçisi Toğrul Hacıyevdir.






