Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 153 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə geriləyərək 91.37 MB/S sürətlə 81-ci yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda dəyişməz qalaraq 95.43 MB/S sürətlə 105 ölkə arasında 50-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Eritreya tutub.







