Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 75%-i tamamlanıb.
Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.
O qeyd edib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
“Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”, – Şahin Mustafayev əlavə edib.






