ABŞ və İran nümayəndələri arasında növbəti görüşün həftəsonu keçirilməsi planlaşdırılır. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, tərəflər razılaşmaya çox yaxındır — Tehran yaxın onilliklər ərzində nüvə silahından imtina edəcəyini vəd edib.
“Bizdə bəyanatı var, çox güclü bəyanatdır, onlar növbəti 20 il ərzində nüvə silahına malik olmayacaqlar”, — deyə ABŞ prezidenti bildirib. Tramp qeyd edib ki, İran nümayəndələri zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə razılaşıblar.
Donald Tramp həmçinin İranla atəşkəsin uzadılmasının zəruriliyinə əmin olmadığını bildirib. “İran razılaşma əldə etmək istəyir və bizim onlarla çox yaxşı münasibətlərimiz var”, — deyə o vurğulayıb. Lakin onun sözlərinə görə, İslamabadda razılaşma əldə olunmasa, Vaşinqton hərbi əməliyyatları bərpa edəcək.
Aprelin 12-də ABŞ və İran arasında İslamabadda danışıqlar keçirilib. ABŞ prezidentinin sözlərinə görə, tərəflər məsələlərin əksəriyyəti üzrə razılığa gəliblər. Lakin nüvə proqramı və Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı razılıq əldə olunmayıb. Bundan sonra ABŞ İranın dəniz limanlarını blokadaya alıb.







