Azərbaycanda özəl neft-qaz şirkətinə təyinat olub

“GL Group” MMC-də yeni təyinat baş tutub. Şirkətdən Banker.az-a daxil olan məlumata görə, Kristian Şüts 13 aprel 2026-cı il tarixindən etibarən Quyu Mühəndisliyi üzrə Menecer vəzifəsinə gətirilib. O, bu vəzifədə Qazma və Quyular üzrə Qrup Direktoru Murad Quliyevə hesabat verəcək.

Bildirilib ki, Kristian Şüts enerji sektorunda 20 ildən artıq beynəlxalq təcrübəyə malikdir. O, fəaliyyət dövründə əsasən Şimali və Qərbi Afrikada çalışıb, həmçinin Şimal dənizi və Yaxın Şərq regionlarında da iş təcrübəsi qazanıb. Onun peşəkar fəaliyyəti neft-qaz sahəsi ilə yanaşı, geotermal və qeyri-ənənəvi əməliyyatları da əhatə edir.

Məlumata əsasən, Şüts dərin su, dayaz su və qurudakı əməliyyatlar daxil olmaqla müxtəlif mürəkkəb mühitlərdə qazma və layihə icrası sahəsində geniş texniki bilik və təcrübəyə sahibdir. Yeni vəzifəsində o, Qazma Proqramı çərçivəsində əsas qazma mərhələlərinə rəhbərlik edəcək və bu proseslərin şirkətin strateji hədəfləri ilə uyğunluğunu təmin edəcək.

Qeyd edək ki, Kristian Şüts Avstriyanın Leoben Dağ-Mədən Universitetində neft-qaz mühəndisliyi üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.

 

Son xəbərlər
Digər xəbərlər