Azərbaycanda ilk rübdə hava, dəmir və dənizlə yükdaşımalar azalıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektoru üzrə yük daşımalarının ümumi həcmi illik müqayisədə 1.2% artaraq 56 milyon 594.3 min tona çatıb.

Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 3 milyard 435 milyon manat məbləğində xidmət  göstərilmiş və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1.7 faiz artım qeydə alınıb.

Hesabat dövründə dəmir yolu ilə yük daşımaları 6.3% azalaraq 4 milyon 73.9 min ton olub. Dəniz nəqliyyatında daşımalar daha kəskin – 12.8% azalaraq 1 milyon 927.8 min ton təşkil edib. Hava nəqliyyatı ilə daşımalar isə 11.4% azalaraq 82 min tona düşüb.

Boru kəmərləri ilə nəql edilən yüklərin həcmi 4.2% azalaraq 16  milyon 75.3 min ton olub. Bu sahədə neft kəmərləri üzrə daşımalar 10.7% azalaraq 8 milyon 65.2 min ton təşkil etdiyi halda, qaz kəmərləri ilə nəql 3.3% artaraq 8 milyon 10.1 min tona yüksəlib.

Ən böyük artım avtomobil nəqliyyatında qeydə alınıb – bu sahədə yük daşımaları 6% artaraq 34 435.3 min tona çatıb və ümumi artımın əsas mənbəyi olub.

Nəqliyyat növü 2026 (yanvar-mart), min ton 2025 (yanvar-mart), min ton İllik dəyişmə, %
Cəmi 56 594.3 55 914.1 101.2
Dəmir yolu 4 073.9 4 346.2 93.7
Dəniz 1 927.8 2 210.0 87.2
Hava 82.0 92.5 88.6
Boru kəməri 16 075.3 16 779.3 95.8
  • Neft kəməri
8 065.2 9 028.8 89.3
  • Qaz kəməri
8 010.1 7 750.5 103.3
Avtomobil 34 435.3 32 486.1 106.0

 

Son xəbərlər
Digər xəbərlər