Sumqayıt Sənaye Parkında displey istehsalına başlanılacaq

Sumqayıt Sənaye Parkının ərazisində displey istehsalının təşkil edilməsi planlaşdırılır.

Banker.az xəbər verir ki, bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində “Texnopolis “Ximqrad” SC və ” Nekst-T” SC, “NexTouch ŞQ” arasında Sumqayıt Sənaye Parkının rezidenti statusunun alınması haqqında saziş imzalanıb.

Sənədi “Nekst-T”, “NexTouch ŞQ”nin baş direktoru Vladimir Krikuşenko və “Texnopolis “Ximqrad”ın baş direktoru Ayrat Qizzatullin imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər