Kriptohücum DeFi sektorunun ən böyük kredit platformasından 9 mlrd. dollar çıxışa səbəb olub — Bloomberg

Həftəsonu baş verən və az tanınan bir kripto layihədən təxminən 300 mln. dolların oğurlanması ilə nəticələnən hücum DeFi investorları arasında etimad böhranı yaradıb. İstifadəçilər sektorun ən böyük kredit platformalarından biri olan Aave üzərindən vəsaitlərini kütləvi şəkildə çıxarmağa başlayıb.

PeckShield məlumatına görə, hakerlər oğurlanan tokenlərin təxminən 200 mln. dollarını Aave platformasında girov kimi yerləşdirərək digər kriptovalyutalarda kreditlər götürüb. Bu isə zəmanətin etibarlılığı ilə bağlı narahatlıqları artırıb və kapitalın sürətli çıxışına səbəb olub.

Şənbə günü hücum xəbərləri yayılandan bəri Aave platformasından ümumilikdə təxminən 9 mlrd. dollar çıxarılıb.

photo 2026 04 20 16 32 54

Son xəbərlər
Digər xəbərlər