Hindistan marketoloqları maşın satışları üzrə tədqiqat aparıblar.
Məlumata görə, onlar sübut ediblər ki, bir çox insan avtomobil seçərkən “Google” axtarış şəbəkəsinə müraciət edir.
Mütəxəssislər avtomobillə bağlı tədqiqat keçiriblər və sübut ediblər ki, alıcıların 54 faizi internetdə məhsulu araşdırıb öyrənəndən sonra fikirlərini dəyişirlər. Ancaq on nəfərdən biri maşın əldə etmək məsələləri ilə bağlı “Google“a müraciət etmir.
Mütəxəssislərin fikrincə, bu təəccüblü deyil. Alıcılar hər hansı məhsulu alarkən məqalələr və video icmalların sayəsində tam öyrənə, sonradan onu onlayn rejimdə “səbət”ə əlavə edə bilərlər.
Lent.az