2 iyun 2026-cı il saat 10:00-da bir neçə dövlət qurumuna məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, hərrac siyahısında müxtəlif markalı minik avtomobilləri və avtobuslar yer alır.
Start qiymətlər 3000 manatdan başlayaraq 28 000 manata qədər dəyişir. Ən yüksək qiymət Range Rover Vogue (2013) üçün müəyyən edilib.
Hərraca çıxarılan avtomobillər əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və yerli icra nümayəndəliklərinə məxsusdur.






