10.06.2026-cı ildə, saat 11.00-da “Montin Bazar” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı Cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. 2025-ci ilin İllik maliyyə balansının təsdiq edilməsi;
2. İcra orqanının yenidən seçilməsi;
3. Digər məsələ.
Səhmdarlar gündəlikdə olan məsələlərə dair sənədlərlə tanış olmaq üçün iş günləri, saat 10:00-dan 13.00-dək Cəmiyyətin icra orqanına müraciət edə bilərlər.
Səhmdarlar gündəliklə bağlı təklif və çıxışlarını icra orqanına təqdim edə bilərlər. Ünvan Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 8/9-dir.







