Yaponiya sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini müzakirə edir

Yaponiya hökuməti ekspertlərlə birlikdə sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyətinin tətbiqini müzakirə edir. “Nikkei Asia”nın məlumatına görə, bu addım asılılıqla mübarizə tədbiri kimi nəzərdən keçirilir.

Əsas təkliflərdən biri platformalara sahib olan şirkətləri məzmunun yaşa uyğun filtrasiyasını standart olaraq aktiv etməyə məcbur etməkdir. Yaş diapazonu daha sonra dəqiqləşdiriləcək. Bundan əlavə, hər bir sosial şəbəkə üçün “asılılıq riski”nin qiymətləndirilməsi sisteminin yaradılması imkanları da araşdırılır.

“Nikkei Asia”nın məlumatına görə, müzakirələrin yayda başa çatdırılması planlaşdırılır və ilk tənzimləyici addımlar artıq bu il atıla bilər.

Ötən ilin dekabrında Avstraliya 16 yaşadək şəxslər üçün sosial şəbəkələrə qadağa tətbiq edib. Oxşar tədbirlər Böyük Britaniya, Fransa, İspaniya və Hindistanda da nəzərdən keçirilir. Alman İqtisadiyyat İnstitutu isə öz araşdırmasına əsaslanaraq 13 yaşadək uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini tövsiyə edib.

Son xəbərlər
Digər xəbərlər