İtaliya Avropa İttifaqında dövlət borcu 3 trilyon avronu keçən ikinci ölkə olub. Bu barədə “Eurostat” məlumat yayıb. Birinci yerdə Fransa qərarlaşıb.
İtaliyanın dövlət borcu 2025-ci ildə 100 milyard avrodan çox artaraq 3,095 trilyon avroya çatıb. Fransada bu göstərici 3,5 trilyon avronu keçib. Almaniyanın borcu isə 2025-ci ildə təxminən 150 milyard avro artaraq 2,8 trilyon avrodan çox olub.
Avropa İttifaqı ölkələrinin hamısında dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildəki 80,7%-dən 2025-ci ildə 81,7%-ə yüksəlib. İtaliyada bu göstərici 137,1% təşkil edib, daha yüksək səviyyə yalnız Yunanıstanda (146,1%) qeydə alınıb. Sonrakı yerlərdə Fransa (115,5%), Belçika (107,9%) və İspaniya (100,7%) qərarlaşıb.






