Banklar 2026-cı ilin I rübündə faizdən kənar nə qədər gəlir əldə ediblər? – RENKİNQ

Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə qeyri-faiz gəlirləri 479.7 milyon manat təşkil edib.

Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründə 419.3 milyon manatla müqayisədə 14% artım deməkdir.

Banklar üzrə ən yüksək qeyri-faiz gəliri “Kapital Bank”da qeydə alınıb. Belə ki, bankın qeyri-faiz gəlirləri 163.2 milyon manat təşkil edib və bu, illik müqayisədə 17% artım deməkdir. İkinci yerdə ABB qərarlaşıb və onun qeyri-faiz gəlirləri 135 milyon manat olub (74% artım). “PAŞA Bank” isə 57.1 milyon manat qeyri-faiz gəliri ilə üçüncü sıradadır, burada illik müqayisədə 38% azalma qeydə alınıb.

“Unibank” və “Rabitəbank” müvafiq olaraq 35.6 milyon manat və 11.1 milyon manat qeyri-faiz gəliri ilə TOP 5-liyi tamamlayır. Bu banklarda illik artım 31% və 17% təşkil edib.

Sektor üzrə ümumi göstəricilərə əsasən TOP 5 bankın (“Kapital Bank”, “ABB”, “PAŞA Bank”, “Unibank”, “Rabitəbank”) qeyri-faiz gəlirləri 402.0 milyon manat olub. Bu isə ümumi bazarın 83.8%-ni təşkil edir. Öncəki ildə bu göstərici təxminən 82.3% səviyyəsində olub.

3232

Son xəbərlər
Digər xəbərlər