Tərtərdə sel və daşqınlara qarşı mühüm layihə həyata keçiriləcək.
Banker.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Tərtər rayonu ərazisində mühüm infrastruktur layihəsinin icrasına başlayır.
Layihə çərçivəsində Bərdə–Tərtər magistral avtomobil yolunun və Bayraq Meydanı kompleksi ərazisinin Tərtərçay ətrafında sel və daşqın sularından mühafizəsi tədbirləri həyata keçiriləcək.
Məlumata əsasən, layihənin icrası “TNN” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.
İşlərin ümumi dəyəri 2.434.487 manat təşkil edir.







