Dövlət Vergi Xidməti bəzi vergi ödəyicilərinə sanksiya tətbiq edilib

2026-cı ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi cinayətləri ilə bağlı 89 cinayət işi başlanılıb.

Banker.az DVX-nin açıqladığı hesabata istinadən xəbər verir.

Hesabat dövründə 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham aktı məhkəməyə göndərilib.

İcraatı başa çatmış və xitam verilmiş işlər üzrə dövlət büdcəsinə 2.18 mln. manat məbləğində ziyanın ödənilməsi təmin olunub. Davam edən işlər üzrə isə əlavə olaraq 4.19 mln. manat ziyan ödətdirilib.

Bundan əlavə, müxtəlif sahələr üzrə 14 vergi ödəyicisinə məxsus 19 obyektdə aparılan yoxlamalar zamanı 30 nəfərin əmək müqaviləsi olmadan işlədildiyi müəyyən edilib. Həmin şəxslərin əmək hüquqları bərpa olunub, qayda pozuntularına görə vergi ödəyicilərinə ümumilikdə 60 min manat maliyyə sanksiyası tətbiq edilib.

 

Son xəbərlər
Digər xəbərlər