Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda 13 min 920 ton duru bitki yağları istehsal edilib.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 24.2% çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 6 min 278.2 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 52.1% azdır.

Aprelin 1-nə ölkədə 2 min 810 ton duru bitki yağı, 227 ton isə marqarin ehtiyatı yaranıb.

Son xəbərlər
Digər xəbərlər