8 C
Baku
Friday, December 13, 2024

“Accessbank” xaricdən yeni kredit cəlb edir

Avropa İnvestisiya Bankı (EIB) “Accessbank” QSC-yə 20 mln. avro məbləğində kredit ayırmağı planlaşdırır. 

Reportun EIB-ə istinadən verdiyi xəbərə görə, kreditin Azərbaycanda kiçik və orta sahibkarlığın (SME) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub.

Hazırda layihə qiymətləndirilmə mərhələsindədir və tezliklə EİB-nin Direktorlar Şurası bununla bağlı qərar qəbul edəcək.

Son xəbərlər
Digər xəbərlər