17 C
Baku
Thursday, October 31, 2024

Rusiyada icbari avtosığorta satışına nəzarət gücləndirilib

Bundan sonra Rusiyada avtomobillərin icbari sığortasını satmaqdan imtina edən, bu məhsulla birlikdə əlavə sığorta xidmətləri satmağa cəhd göstərən fiziki və hüquqi şəxsllər cərimə ödəyəcəklər. Rusiya mətbuatının yaydığı məlumata görə, bunun üçün Dövlət Dumasının qəbul etdiyi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun artıq qüvvəyə minib.

Yeni qanuna əsasən, sözügedən pozuntuya görə sığorta şirkətlərinin ödəyəcəyi cərimələrin məbləği 100 min rubldan (təxminən 2 400 manat) 300 min rubla (təxminən 7 200 manat) qədər müəyyən edilib. Vəzifəli şəxslər üçün bu məbləğ 20 min rubldan (təxminən 480 manat) 50 min rubla (təxminən 1 200 manat) qədər dəyişir. Vəzifəli şəxs deyərkən, sığorta agentləri, sığorta brokerləri, eləcə də sığorta şirkətlərinin əməkdaşları nəzərdə tutulur.

Xatırladaq ki, Rusiyada avtomobillərin icbari sığortası üzrə zərərlilik getdikcə artır. Hazırda qonşu ölkənin sığorta şirkətləri sürücülərin mülki məsuliyyətini sığortalamaqla əldə etdikləri vəsaitin 4/5-ni ödəniş kimi müştərilərinə geri qaytarırlar. İlin sonuna qədər bu nisbətn 90%-i keçəcəyi gözlənilir. Odur ki, sığortaçılar ya avtomobillərin icbari sığortasını satmamağa, ya da onunla birlikdə əlavə sığorta məhsulları satmağa cəhd göstərir. Mütəxəssislər bu cür vəziyyətdə sığorta tariflərinin artacağını istisna etmirlər.

Report

Son xəbərlər
Digər xəbərlər